İmran Qasımovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Xudaferin.eu-nun məlumatına görə, sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xudaferin.eu

20:45