İlker Başbuğ parlamentdə sərt danışdı

Türkiyə Böyük Millət Məclisində FETÖ və 15 iyul çevriliş cəhdini araşdırma komissiyasının iclasında  keçmiş Baş Qərargah rəisi, təqaüddə olan general İlker Başbuğun sərt çıxışı diqqət çəkib. Komissiya sədri Reşat Petekin İlker Başbuğ gəlmədən əvvəl "Saat 12.00 üçün hörmətli İlker Başbuğa görüş verdik. Hörmətli Başbuğdan "Saatında alınmasa, gözləməyi düşünmürəm" şəklində bir məlumat çatıb”qeydini oxuması ilə bağlayan iclas Məclis protokollarına belə düşüb: İlker Başbuğ: Bu günə qədər bu məsələ ilə bağlı fikirlərimi bəlkə də ən dəqiq ifadə edən adamam. O zaman niyə bu gün buradayam? Birincisi, təbii ki, bu ali quruma etdiyimiz hörmətdir. İkincisi də əlbəttə ki, fikirlərimizin Böyük Millət Məclisinin sənədlərinə girməsinə də əhəmiyyət verirəm. Xahiş edirəm, sualları yönəldərkən mənim partiyasız və dövlət xadimi olduğumu unutmayın.

 Ravza Kavakcı Kan (AKP İstanbul Millət Vəkili): Görəsən, mühafizəkar və Atatürkçü gənclər, ya da Silahlı Qüvvələr mənsubları atılarkən FETÖ-cülərmi mühafizə edilmiş oldu bilmədən? Çünki qonaq etdiyimiz yenə bir keçmiş Baş Qərargah rəisimiz "TSK dinə soyuq davranmışdır" kimi bir ifadə işlədib.
 Mustafa Akaydın (CHP Antalya Millət Vəkili): Elə bir söz deməyib.
 Kan: Protokollarda var.
Sədr Reşat Petek: Dostlar...
İlker Başbuğ: Cənab sədr, mənim olduğum yerdə xahiş edirəm, mübahisələr olmasın. Yoxsa dözülməzdir. Məhkəməni belə tərk etmişəm.
Sezgin Tanrıkulu (CHP İstanbul millət vəkili): 2007-ci ilədək "tam ittifaq dövrü" dediniz. 27 aprel e-memorandium ilə bağlı İşık Koşaner bir dostumuzun sualına "Bizim məlumatımız yox idi" dedi. İkinci sual: Dolmabaxça görüşməsi ilə bağlı məlumatınız varmı?
İlker Başbuğ: Budurmu sualınız?
 Tanrıkulu: Bəli, bu.
İlker Başbuğ: 15 iyulla əlaqəsi nədir?
 Tanrıkulu: Camaatın gücləndiyi.
 İlker Başbuğ: Yəni, 27 aprel bəyanatını Baş Qərargah rəisinə Fətullahçı Terror Təşkilatı yazdırıb?
Qeyd edək ki, Türkiyə mətbuatı iclasdakı çıxışlardan ancaq bu qədərini işıqlandırıb.

 Məcid
(Cebhe.info)

11:26