İki nəhəng qurum FHN-ə birləşir

İki nəhəng qurum bir nazirliyə birləşir. Prezident İlham Əliyev noyabrın 7-də «Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» fərman imzalayıb. Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyinin iki qurumunun bazasında birində Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb. Bu fərman bəzi qurumların FHN-ə birləşdirilməsi ideyasını aktuallaşdırır.  Son bir neçə ildə dövlət büdcəsi ilə yanaşı xaricdən - NATO, ABŞ Dövlət Departamenti və BMT-dən böyük məbləğdə qrantlar cəlb edən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) FHN-ə verilə bilər. Bu addım olduqca müsbət olardı. ANAMA Türkiyədə keçirilən tenderlərdə iştirak edib, qalib də olub. Onun FHN-nin tərkibində fəaliyyət göstərməsi həm büdcəyə qənaət, həm də optimallaşdırma siyasət kimi qiymətləndirilir. Mənbə qeyd edir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin də nazirliyə birləşdirilməsi mümkündür. Bu şirkətin sədri Akim Bədəlovun fəaliyyəti qaneedici sayılmır. Onun adı müxtəlif qanunsuz işlər hallanıb. Habelə, qurumun bu günə kimi gördüyü işlər də dövlətə bir fayda verməyib. FHN-ə veriləcəyi təqdirdə daha praqmatik işlər aparılacaı realdır. Nazirliyin strukturuna mülki müdafiə qoşunları, bir neçə dövlət xidməti və agentliyi (yanğından mühafizə, yanğın nəzarəti, material ehtiyatları, su ehtiyatları, tikintidə təhlükəsizliyə nəzarət, sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi və s.), ümumiyyətlə 20-dən çox qurum daxildir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısının etimadını qazanmış məmurdur. Onun Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə fəaliyyəti də yüksək səviyyədə olub. Həmçinin, FHN-ə rəhbərlik etdiyi zamanda da hər hansı neqativ hal müşahidə edilməyib.

Bu baxımdan dövlət başçısının K.Heydərova bu iki qurumla bağlı etimad göstərəcəyi ehtimalı da var. Üstəlik, ANAMA və A.Bədəlovun şirkəti ayrı-ayrılıqda əlahiddə missiya yerinə yetirmir. Bir-birini təkrarlayan, israfçılıq yaradan dövlət strukturlarının ləğvi böhran dövründə optimal variantdır. Ölkədə struktur islahatlarının davamı gözlənilir. Prezident hər gün imzaladığı fərmanlarla və verdiyi qərarlarla korrupsioner məmurların tifağını dağıdır. İ.Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır.

Politika.Az

10:27