İdmançımızdan İranda 2 medal

Azərbaycan yığmasının iki taekvondoçusu İranda təşkil edilən "Fajr Open" turnirində medal qazanıb.

Xudaferin.eu goal.az-a istinadən xəbər verir ki, sayca 28-ci olan turnirdə Əliyev İlham (54 kq) və Hüseynov Rəvan (58 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, təşkilatçılar yarışın qaliblərinə 500 dollar, finalçılara 300 dollar, fəxri kürsünün 3-cü pilləsinə yüksələn taekvondoçulara isə 100 dollar məbləğində mükafat veriblər. 

 

Xudaferin.eu

17:31