İcra hakimiyyəti şəhidin ”Şəhidlər Xiyabanı”nda dəfninə imkan verməyib

 

Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib.
 

“Turan” İnformasiya Agentliyinə bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib. O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur” dediyini söyləyib. “Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”, – deyə şəhidin ataı bildirib.

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”. Hadisəni şərh edən hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.

TURAN İA

10:28