İcra başçısı 90 yaşlı veteranı qovdu

 

Separatçı məmuru ifşa etməkdə ittiham olunan şəxs həbs olundu

 

Laçın rayon Vağazin kənd sakini 90 yaşlı müharibə veteranı Alıqulu İbrahimov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. O, məktubunda Laçın rayon icra başçısı Aqil Nəzərlidən şikayət edir: “Aqil Nəzərli nəvəm Alıqulu İbrahimovu İcra Hakimiyyətindən şikayətçi olduğu üçün şərlədərək həbs etdirib. Dəfələrlə Aqil Nəzərlinin qəbuluna getsəm də, hərbi xidmətdən qaçan bu fərari başçı məni, müharibə veteranı qoca bir kişini polis gücünə İcra Hakimiyyətindən qovdu”.

Müəllif yazır ki, Aqil Nəzərlinin qanunsuz əməlləri yeni təyin olunmuş polis rəis Adil Əsədov və Laçın Məhkəməsinin sədri tərəfindən dəstəklənir: “Aqil Nəzərlinin özbaşına hərəkətləri Laçın camaatını cana doydurub. Nəvəm Alıqulu İbrahimov iki il əvvəl Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Füzuli Tanrıverdiyev tərəfindən də şərlənərək həbs edilmişdi. Aqil Nəzərli bir neçə gün əvvəl Füzuli Tanrıverdiyevin “feysbuk”da seperatizmi dəstəkləyən paylaşımlarını saytlara göndərənin nəvəm Alıqulu İbrahimov olduğundan şübhələnərək, onu şərlədərək həbs etdirib. Aqil Nəzərli Vağazin kənd icra nümayəndəsinin müavini Elbrus Məmmədovun qardaşı Məzahir Məmmədovun oğlanlarından istifadə edib. Nəvəm gecə oğlumgildən öz evinə qayıdanda Məzahir Məmmədovun oğlanları onu yolda döyüblər. Taxtakörpü qəsəbəsində məktəbin yanında Laçın polis şöbəsinin rəis müavini Rəftar Səfərov nəvəmi saxlayaraq, əlindən telefonu alıb, aparıb icra hakiminə verirlər. İcra başçısı telefonu yoxlayan günün sabahısı nəvəmi həbs etdilər”.

90 yaşlı veteran yazır ki, Laçın rayonu icra başçısının tapşırığı ilə qurama məhkəmə iclası keçirilib: “Yalançı şahidlər nəvəmin üzünə durdular, məhkəmə də bunu əsas götürərək nəvəmin həbs edilməsinə qərar verdi. Mən buradan Azərbaycan Respublikası prezidentinə, Azərbaycan Respublikasının Daxil İşlər nazirinə müraciət edirəm. Bizi fərari başçının, onun sifarişlərini yerinə yetirib qanunları pozan rəis və məhkəmənin əlindən xilas edin. Xahiş edirəm mənim nəvəmin işinə yenidən baxılsın”.

Muxalifet.az

 

09:48