Hüquq müdafiəçiləri Təbrizdə bir “ruhi xəstə”nin edam olunduğunu bildirirlər

 

Hüquq müdafiəçiləri aprelin 4-də Güney Azərbaycanın başkəndi Təbrizdəki “Mərkəzi Zindan”da asılaraq edam edilən bir məhkumun ruhi xəstə olduğuna dair məlumat yayıblar.

Yayılan məlumatda bildirilir ki, İran adlı mollakratiya rejimi üçün daim insan haqları pozulması adi bir hal sayılır. Tutuqlu insanlara ortaçağ dönəmində olduğu kimi işgəncələr verilir. Onların ləyaqəti hər addımda pozulur. Təbrizdəki “Mərkəzi Zindan”ın həyətində asılan Mürvət Abbasi adlı müttəhim qətl ittihamı ilə mühakimə edilmişdi və 4 ildir ki, Təbriz zindanında saxlanılırdı. Hətta bu məhbusa həbsxana xəstəxanasının da təsdiq etdiyi kimi ona ruhi xəstə diaqnozu qoymuşdu.

Mürvət Abbasi adlı məhbus qətlə təşəbbüs etmədən öncə psixi problemlər yaşadığı üçün ona ruhi xəstə diaqnozu qoyulmuş və hətta əsgərlikdən azad edilmişdi. Bu faktı isə sübut edən dəlillər dövlətin müvafiq rəsmi orqanlarında da qeydə alınıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:30