Həsən Ruhanini Tərbizdə fitə basdılar

Güney Azərbaycanın başkəndinə səfər edən mollakratiya rejiminin başçısını Güney Azərbaycan Milli Hərəkatının fəalları Türk dilində şüarlarla aşağladılar

Güney Azərbaycan da daxil olmaqla İran mollakratiya rejimi yeni prezident seçkilərinə start verib. Bu nədənlə özünü “mötədil” və “islahatçı” adlandıran, bununla yanaşı, həm də demokratik dünyanın ögzündən məharətlə pərdə asmağa çalışan əbalı oliqarxiyanı təmsil edənlər prezidentliyə adaylıqlarını irəli sürüblər. Onların arasında Həsən Ruhani bu dəfə də fəallıq göstərmək üçün ən çox dəstəyi Güney Azərbaycandan almağa ümid edir. Keçən seçkilərdə demokratik şüarlarla əhalini aldadan bu fırıldaqçı mollakrat bir yandan Urmu Gölü problemini çözəcəyinə, o biri yandan isə bütün xalqların öz ana dilində təhsil almaq, mədəniyyət mərkəzlərini yaratmaq, qəzet-dərgi çap etmək kimi hüquqlarını qoruyacağı vədlərini vermişdi. Ancaq, ötən beş il müddətində bu mötədil və islahatçı cildinə girmiş fars mollası hamını aldatmaq yolu ilə getdi. Bunun əvəzində isə qatı mühafizəkar qruplaşmaların ideyalarını sürətli şəkildə inkişaf etdirdi. Bunu azından farslara məxsus regionların sürətli inkişafı da sübut edir.
Ötən gün yenidən Güney Azərbaycanın başkəndi Tərbizə gələn Həsən Ruhani yerli əhali arasında öz təbliğatını aparmaq üçün şəhər neydanında hətta mitinqi keçiribdir. Ancaq, gözlənilmədən Güney Azərbaycan Milli Hərəkatının fəalları, eləcə də əhali bir ağızla: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” “Azərbaycan yaşasın!” “Azərbaycan var olsun, istəməyən kor olsun!” və sair şüarları səsləndiriblər. Bu azmış kimi əhali Həsən Ruhaninin nitqini dəfələrlə kəsməli olublar. Bu zaman əhali fit çalmaq aksiyası ilə onu bir daha biabır etmişdir.    

Qeyd edək ki, mayın 19-da fars rejiminin 12-ci prezident seçkiləri, həmçinin bir sıra şəhərlər üzrə yerli seçkiləri keçiriləcək. Həsən Ruhani ötən hakimiyyəti dönəmində Urmu Gölünün canlandırılması və Türk dilinin tədris edilməsi ilə bağlı istəklərin heç birini yerinə yetirilmədi. Ana dilində təhsil tələb edən güneyli milli fəallar isə uzun müddətli həbs cəzalarına məhkum edildilər. Güney Azərbaycanın sosial-iqtisadi həyat düzəni daha da ağırlaşmışdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:41