Həsən Ruhani Urmu Gölünün fatihəsini oxuyaraq Azərbaycan Türklərinə iftira atdı

 

İran mollakratiya rejimi tərəfindən qəsdən və məqsədli şəkildə qurutduğu Urmu Gölü yeni prezident seçkiləri öncəsi yenidən yetkililərin gündəminə gəlib. Ancaq bu dəfə Həsən Ruhani Urmu Gölü məsələsində bir iş görə bilməyəcəyini də deyib.

Hələ mollakratiya rejiminin prezidenti seçilməmişdən öncə qurumaqda olan Urmu Gölünü qurtaracağını bildirən, hətta daha da irəli gedərək: “Bu gölü göz yaşlarımla dolduraram, amma qurumağa qoymaram” deyən Həsən Ruhani indi gölün qurumasının günahkarının Güney Azərbaycan Türkləri olduğunu və artıq heç iş və heç bir tədbirlə  Urmu gölünü qurtarmaz olduğunu bildirib.

2012-ci ildə hakimiyyətə gəldikdən sonra veridyi heç bir vədə əməl etməyən və Urmu Gölünün tam “Sepah Pasdaran”ın əli ilə qurudulmasına zaman qazandıran Həsən Ruhani öz twitter hesabindan verdiyi açıqlamada gölün qurumasını dövlətin deyil, gölün ətrafında yaşayanların diqqətsizliyin ucbatından olduğunu bildirib.
Qeyd edək ki, Urmu Gölünün tam quruması ucbatından bölgədə yaşayan 10 milyonluq əhalinin miqrasiyaya üz tutması planlaşdırılıb. Tehran mollakratiya rejimi belə bir addım atmaqla Azərbaycan Türklərinin Urmu vilayətindən ekoloji böhran adı ilə deportasiya siyasətini hədəf seçmişdir. Dünya ekoloqları və BMT də təsdiq edir ki, Urmu Gölünün tam quruması sonucunda duz tozları bölgədəki bütün ormanları, tarlaları, otlaqları və əkin sahələrini tamamilə qurudacaqdır. Bununla yanaşı, həmin ekoloji fəlakətə görə Quzey Azərbaycanın Naxçıvan Muxtar bölgəsi və Araz Çayı hövzəsi, Türkiyənin altı vilayəti tamamilə insan axınlarına səbəb olacaqdır. Bu gizli proje 38 ildir hakimiyyətdə olan qatı paniranist və panfarsist mövqeyi ilə seçilən mollakratiya rejiminin qatı asntitürk hədəflərindən biridir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

 

06:25