Holokostu inkar etmək cinayətdir

 

 

Macarıstanın hakimiyyət orqanları Holokostu inkar etdiyinə görə Almaniyada məhkum edilmiş 81 yaşlı radikal sağçı Horst Maleri iyunun 14-də vətənə göndəriblər. Almaniyaya qayıdan H.Maler Brandenburq-Hafel şəhəri həbsxanasına yerləşdirilib.

Almaniyada millətlərarası ədavəti qızışdırmaq və Holokostu inkar etmək ittihamı üzrə 10 il həbs cəzasına məhkum edilən H.Maler cəzasını 2009-cu ildən çəkməyə başlayıb. 2015-ci ildə həbs cəzası H.Malerin xəstəliyi səbəbindən şərti cəza ilə əvəzlənib. Amma qanunu təkrar pozduğuna görə məhkəmə hökmün yumşaldılması barədə qərarı ötən ilin axırında ləğv edib. H. Maler apreldə yenə də həbsxanaya yollanmalı idi. Amma o, məhkəmənin qərarını siyasi xarakterli hesab etməsi və “suveren dövlət”dən sığınacaq istəyəcəyi barədə bəyanat yayaraq aradan çıxıb.

H.Maler ona siyasi sığınacaq verilməsi xahişi ilə Macarıstanın Baş naziri Viktor Orbana müraciət edib. Budapeşt məhkəməsi mayın 17-də radikal sağçını həbs edib və ekstradisiya haqqında sorğunun tamamlaması üçün Almaniya prokurorluğuna vaxt verib.

Xudaferin.eu
“Avropa Bürosu”

16:45