Hollandiya və Belçikada Qarabağ müzakirələri - FOTOLAR

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Avropaya səfəri çərçivəsində Hollandiya və Belçikada bir sıra görüşlər keçirib.

Bu barədə Xudaferin.eu-ya QAT-ın Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Hollandiyada Avropa Azərbaycanın dostları cəmiyyətinin sədri Elman Mustafazadə, ictimai fəal, yazar Şamil Kərəmli gənc fəal Şamil Mustafayev və digərləri ilə görüş keçirilib.

Görüşdə Hollandiyada yaşayan azərbaycanlıların Qarabağ məsələsi ətrafında fəaliyyətinin əlaqələndirilməsi, qüvvələrin cəmləşdirilməsi, müxtəlif yöndə olan həm qurumların, həm də fərdlərin birlikdə fəaliyyətinə nail olunması, Qarabağ məsələsində vahid mövqeyin nümayiş etdirilməsi, ermənilərin saxta təbliğatının ifşa olunması və digər istiqamətlərdə müzakirələr olubdu və onların hər birinə uyğun qərarlar qəbul olunub. Belə bir ümumi mövqe vurğulanıb ki, orada yaşayan istənilən azərbaycanlı soydaşımız bu prosesə cəlb olunmalıdı, eyni zamanda Türkiyənin diaspor təşkilatları ilə sıx qarşılıqlı əlaqələr şəraitində fəaliyyət göstərilməlidir. Sonra QAT sədri Akif Nağı və Avropada Azərbaycanın dostları cəmiyyətinin sədri Elman Mustafazadə ilə birlikdə Azərbaycanın tanınmış rejissoru, 20 ildən artıqdır Hollandiyada yaşayan Ramiz Əliyevlə görüşüblər. Qeyd edək ki, Ramiz bəy orada da fəaliyyətini dayandırmır, Qarabağın təbliği işlərini görür. Azərbaycan tamaşaçıları onu “Qayınana”, “Dəli Kür”, Ağdama həsr olmuş sənədli filmlərdə və digər dəyərli əsərlərdə rejissor kimi fəaliyyətini yaxşı xatırlayırlar. Azərbaycana bağlı bir insandır, çox işlər görür, müraciətlər edir, azərbaycanlıları bir araya gətirilməsi üçün təbliğat aparır, yaşının bir qədər çox olmasına baxmayaraq fəaliyyətini davam etdirir. 

Sonra Akif Nağı və Elman Mustafazadə Belçikaya yola düşüblər. Belçikanın mərkəzi şəhəri Brüsseldə bir sıra görüşlər keçirilib. O cümlədən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovla telefon danışıqları olub. Fuad bəy İrlandiyada tolantıda olduğu səbəbindən görüş baş tutmayıb ancaq telefon vasitəsi ilə fikir mübadiləsi aparılıb. Belçikada və yaxın ölkələrdə aparılan Qarabağ həqiqətlərinin təbliği ilə bağlı məlumat verib, Akif Nağı səfərinin məqsədini açıqlayıb, əlaqəli fəaliyyətin aparılmasının vacibliyini vurğulayıb və ümumi mövqe ondan ibarət olub ki, istənilən halda çox xoş olar ki, Belçikada yaşayan azərbaycanlılar heç nəyə baxmadan, siyasi mənsubiyyətinə, idealoji fikir ayrılıqlarına baxmayaraq Qarabağ məsələsində bir arada olsunlar və belə bir ideya xüsusi olaraq vurğulanıb ki, Qarabağ bütün dünya azərbaycanlılarının vahid ideyasıdı.

Bu ideyanın ətrafında hər kəs birləşməlidir. Sonra QAT sədri Brüsseldə Avropa azərbaycanlıları konqresinin ofisində görüş keçirib. Həmin görüşdə Avropa azərbaycanlıları konqresinin prezidenti Sahil Qasımov, Belçika azərbaycanlıları cəmiyyətinin sədri Ədalət Quliyev, ictimai xadimlər Namiq Babayev, Əsəd Məmmədov və digərləri ilə görüşüblər, çox ətraflı müzakirələr gedib. Qarabağ uğrunda aparılan işlərin əlaqələndirilməsi vurğulanıb, yaxın bir neçə ay ərzində görüləcək işlərlə bağlı ilkin razılıq əldə olunub və toplantıda iştirak edənlər ümumi bir fikri xüsusi olaraq vurğulayıblar ki, Avropanın bütün ölkələrində fəallaşma hiss olunur və bu fəallıq müsbət hal kimi dəyərləndirilməlidir. Eyni zamanda Beynəlxalq Qarabağ forumunun fəaliyyəti ilə bağlı, yaxın vaxtlarda bu forumun keçiriləcək toplantısında iştirakla bağlı ilkin razılaşmalar əldə olunub. 

Akif Nağının Aropa ölkələrində artıq bir həftədən çoxdurki davam edən səfəri artıq yekunlaşır, ümumi rəy ondan ibarətdir ki, səfər çox səmərəli oldu, çox sayda görüşlər keçirildi, müzakirələr aparıldı, nəticələr əldə olundu. Bütün soydaşlarımızın içərisində ruh yüksəkliyi var və buna uyğun birgə, hədəfə yönələn addımların atılması çox vacibdir.

 

xudaferin.eu

 

 

 
  •  

    28.07.2019

    00:30
     
     

    464

09:55