Hökumətdən gizli bahalaşma

Ölkədə benzinin bahalaşması gizli şəkildə həyata keçirilir; Manatın devalvasiyasından sonra Aİ 92 benzini də devalvasiyaya uğradı. Politika.Az-a daxil olan özəl məlumata görə, manatın üzən məzənnəyə keçidinə qədər bu benzinin keyfiyyəti qənatbəxş idi. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra məqsədli şəkildə Aİ 92 benzini son dərəcə keyfiyyətsizləşdiriblər. Belə ki, Tarif Şurası benzinin qiymətini bahalaşdıra bilmir. Ona görə “kasıb benzini” olan Aİ 92 getdikcə keyfiyyətini itirir. Bununla sürücüləri məcbur edirlər ki, Premium markalı benzin alsınlar. Bu benzinin litri isə 1 manatdır. Nəticə etibarı ilə hökumət gizli şəkilə benzini bahalaşdırır. Yəni, sürücülər Aİ 92 keyfiyyətsiz benzini almamaq üçün məcburən Premiuma üstünlük verməli olur. Bu iqtisadi priyom işə yaramağa başlayır və Premiumu satmağın yolunu tapıblar. Lakin bu iqtisadi fənd ölkədə onsuz da əhalinin ağırlaşan vəziyyətini daha da pisləşdirir. Ölkədə hər şeyin bahalaşdığı zamanda gizli şəkildə benzinin qiymətini artırırlar.

Bunu dolayısı yolla həyata keçirirlər. Halbuki, devalvasiyaya qədər Aİ 92 markalı benzinin keyfiyyəti çox yaxşı idi və sürücülər narazılıq etmirdi. Görünür ki, hökumət xalqı soymaq məqsədini qarşısına hədəf qoyub. Politika.Az-a daxil olan məlumata görə, benzinin qiyməti 30 faiz bahalaşandan və «Avro-4» standartlarına keçiddən sonra Azərbaycanda benzinin keyfiyyəti daha da pisləşib. Sürücüləri hazırkı yanacağın keyfiyyəti qane etmir. Onları həm kəmiyyətdə, həm də keyfiyyətdə aldadırlar.
Hökumət rəsmilər isə bildirir ki, ölkədə keyfiyyətli benzin istehsalına yeni Neft-Kimya Kompleksinin istifadəsindən sonra başlamaq mümkün olacaq. Hazırda müəssisə tikilir və 2029-cu ildə təhvil verilməsi gözlənilir. Bundan əlavə, bir sıra ekspertlərin fikrincə, yanacağın keyfiyyətinin müəyyənləşməsi ilə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. «Neft-qaz haqqın»da qanunun olmaması bu istiqamətdə prosesləri tənzimləməkdə çətinliklər yaradır. Yəni istehlakçı onlara hansı keyfiyyətdə yanacaq və dizelin satılmasının vacib olduğunu bilmir. Politika.Az xatırladır ki, vətəndaşların ailə səbətinə qəflətən böyük fərqlə zərər olunması əhalinin vəziyyətini ağırlaşdırır. Halbuki, prezident süni qiymət artımına getməməyi tapşırıb. Yada salaq ki, gömrükdə idxal olunan məhsulların rüsumundakı artım dərhal bahalaşmaya səbəb oldu. Ötən ilin doqquz ayında 87 min yeni iş yerinin yaradıldığı, 30 minə yaxın iş yerinin də bağlandığı bildirilirdi. Əslində bağlanan iş yerlərinin sayı rəsmi deyilənin qat-qat üstündədir. Maliyyə böhranı ilk olaraq əmək bazarını “vurdu”.
Son iki ildə bir sıra nüfuzlu əcnəbi şirkətlər də Azərbaycandan gedib. Ticarət mərkəzləri, iaşə obyektləri, digər satış mərkəzləri affekt vəziyyətindədir, onlarda olan obyektlərin çoxu işini dayandırıb. İcarə verənlərin sayı çox, icarəyə götürmək istəyən yoxdur.

Politika.Az

22:37