Hökumət media xərclərini “qayçıladı”

2017-ci ilin dövlət büdcəsi layihəsində media ilə bağlı yenilik var. Nazirlər Kabinetinin prezidentə verdiyi layihədə radio, televiziya və nəşriyyat xərclərinə 63 milyon 81 min 310 manat ayrılması nəzərdə tutulmuşdu. Bu, 2016-cı ilin dövlət büdcəsindəki göstərici ilə (67 milyon 618 min 859 manat) müqayisədə 4 milyon 537 min 549 manat az idi. Prezidentin parlamentə təqdim etdiyi 2017-ci il layihəsində radio, televiziya və nəşriyyat xərcləri 57 milyon 81 min 310 manata enib. Bu, əvvəlki layihə ilə müqayisədə 6 milyon manat azalma deməkdir.  2016-cı ilin dövlət büdcəsi ilə müqayisədə 10 milyon 537 min 549 manat azalma var. 2017-ci ildə dövlət büdcəsinin gəlirlərini 15 milyard 955 milyon manat, xərclərini 16 milyard 600 milyon manat məbləğində təsdiqləmək planlaşdırılır. (Novator.az)

Xudaferin.eu

15:21