Hökumət bir sıra xərcləri azaltmağa başladı

“Dövlət qurumlarının publik hüquqi şəxs statusuna keçirilməsində məqsəd dövlətin həmin qurumların saxlanma yükündən azad edilməsi və onlara kommersiya əsasları ilə xidmət göstərmək imkanının verilməsidir”.

Bu fikri hüquq sahəsində ekspert Ələsgər Məmmədli 9 dövlət orqanının publik hüquqi şəxsə çevrilməsi barədə dövlət başçısının noyabrın 24-də verdiyi fərmanı şərh edərkən bildirib. Ekspert hesab edir ki, bu strukturların kommersiya əsasları ilə göstərilən xidmət spektrini genişləndirməsinə imkan yaradılacaq. Perspektivdə onların bəzisi özəlləşdirilə bilər. Prezidentin fərmanına görə, aşağıdakı qurumlar publik hüquqi şəxs statusu alacaq. Bunlar Mənzil İnşaatı Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir. Bu siyahıya habelə, Dənizkənarı Bulvar İdarəsi, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tərcümə Mərkəzi daxildir. Bundan öncə isə bu status Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazasında yaradılan İmtahan Mərkəzi və Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına verilib.
Qeyd edək ki, Azərbaycan hökuməti ilk dəfə olaraq yalnış iqtisadi və maliyyə siyasətinə görə, ölkəni defolat durumuna gətirib. Bunun tək səbəbi isə ölkədə baş verən korrupsiya və rüşvətxorluq, keçmiş Sovet Birliyinin sosial-iqtisadi siyasət sistemindən asanlıqla yaxasını qurtara bilməməsi, yeni iqtisadi formasiyanın şərtləri daxilində orta təbəqə biznes sektorunun çökdürülməsi anlayışı ilə hərəkət etdiyi üçün, bu gün ağır  iqtisadi-maliyyə və sosial böhranların yaranmasına səbəb olub. Əslində hökumətin istefaya getməsi gündəmə gətirilməli olduğu halda, YAP iqtidarının yaratdığı analoqsuz rejim qüsturu bu problemlərin təməlində dayanıb.

Xudafərin.eu

 

 

16:28