Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək

Mayın 13-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Tunc atlı” baleti nümayiş etdiriləcək. Teatrın “Mariya-2” səhnəsində nümayiş olunacaq əsərdə gənc balet artisti Timur Əsgərov Yevgeni obrazını ifa edəcək.

Qeyd edək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

21:08