Həmməruzəçilərinin Azərbaycana səfər proqramları bəlli oldu

 

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfər proqramları məlum olub. Oonlar sentyabrın 14-16-da Bakıya faktaraşdırıcı səfər edəcəklər. Səfər zamanı onlar Azərbaycan prezidenti və ədliyyə naziri ilə görüşəcəklər.

 

Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.
Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər.
Qeyd edək ki, AŞPA Azərbaycanda insan hüquqlarının durumu, sosial və iqtisadi, digər sahələrdə baş verən problemləri araşdırmaqla yanaşı, həm də rəsmi Bakının reformlara getməsi, öz üzərinə düşən islahatları həyata keçirməkdə uzun zamandır lənglik nümayiş etdirməsindən çox narahatdır.

Xudaferin.eu
“Avropa Bürosu” 

 

13:46