Hələbdə Türkmən məhəllələri bombalanır

Dünən axşam saatlarından etibarən Hələbin şərqindəki, türkmənlərin sıx yaşadıqları Bağrıyanıq, Heydəriyyə və Uveycə bölgələrinin sakinləri Rusiya və Suriya iqtidarının bombardmanları və İraq dəstəkli şiə milislərinin arasında yaşamaq uğrunda mübarizə aparırlar. Uveycə cəbhəsində “Muntasır Billah” türkmən briqadası İran dəstəkli milislər və Əsəd hökumətinin hərbçiləri ilə şiddətli atışma aparır. “Turkmenelicephesi.com” saytının yazdığına görə, türkmən döyüşçülər arasında 1 nəfər şəhid, 2 nəfər yaralı var. Mülki əhali arasında isə 6 nəfərin şəhid, 18 nəfərin isə yaralı olduğu bildirilir. Hələbdə davam edən aramsız atışmalar üzündən SOS Uşaq Kəndi şəhərdəki yardım fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Təşkilatın 15 nəfər işçisi və ailələrinin Dəməşqdəki təhlükəsiz bir bölgəyə aparıldıqları bildirilib.

SOS uşaq kəndinin Hələbdəki yardım fəaliyyətini dayandırdığını bildirən Luay Yassin şəhərin aramsız olaraq bombalandığını və xüsusilə də son iki həftənin olduqca ağır keçdiyini bildirib. Yardım təşkilatının yaxın Şərq direktoru Alia Əl-Dalli isə bu qərarı çətinliklə verdiklərini və əməkdaşların mümkün qədər qısa müddət ərzində Hələbdəki vəzifələrinə dönəcəklərini gözlədiklərini bildirib. Əl-Dalli şəhərdəkilərə heç olmasa, təmiz su tədarükünə davam edəcəklərini deyib.

Xudaferin.eu

13:05