“Hələb qəssabı” ayamalı Qasım Süleymani və Sepah terrorçu siyahısında

Amerikanin “Fox News” kanalının xəbərinə görə “Feylək əl Qüds” terror təşkilatının lideri Qasım Süleymani iki gün əvvəl danışıqlar aparmaq üçün Moskvaya uçub. Bu səfərdən sonra gözlənilir ki, BMT Qasım Süleymanini terror siyahısına salsın. Daha öncə BMT 2007-ci ildə Qasım Süleymani və terror təşkilatı “Feylək əl Qüds” üçün 1747 saylı qərarla sanksiyalar tətbiq etmişdi.
Bundan əlavə 2011-ci ildə Tehran mollakratiya rejiminin terror və mafiya gücü olan “İran İslam İnqilabı Keşikçiləri koprusu-Sepah”ın komandiri Məhəmməd Cəfəri və Sepah kəşfiyyat rəisi Taib və Qasım Süleymaniyə Suriya rejiminə silahlı dəstək verdiklərinə görə Avropa Birliyi uçuş qadağası qoyub. Qeyd edək ona Suriya xalqı “Hələb Qəssabı” adı verib.
“Hələb Qəssabı” ayaması ilə tanınan Qasım Süleymani Suriyada, özəlliklə də Hələb şəhəri çevrəsində radikal dini qruplaşma adı ilə tanınan “Hezbollah” əsas rəhbərlərindən biri kimi tanınır. Onun komandanlığı altında bölgədəki Türkman əhalisinə qarşı dəhşətli soyqırımlar törədilib. Sonucda azından 20 min Türkmən insanı qətlə yetiriliblər. Hələbi İran mollakratiya rejiminin dini-ideoloji mərkəzinə çevirməyi hədəf seçməklə əslində Orta Doğunu qan çanağına, savaş meydanına çevirməklə Tehran rejimi öz hakimiyyətini qorumağı hədəf seçib. 

Xudaferin.eu
“Analitik Mərkəzi

10:02