Hindistanla sərhəddə atışmalarda Pakistan ordusunun iki əsgəri həlak olub

Martın 2-də Hindistanla sərhəddə atışma nəticəsində Pakistan ordusunun iki əsgəri həlak olub. 

Xudaferin.eu “Dawn” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISRP) yayıb.

Məlumatda qeyd olunur ki, Pakistanın Baş naziri İmran Xanın göstərişi ilə Hindistan Hərbi Hava Qüvvələrinin pilotunun azad edilməsinə baxmayaraq, iki ölkənin arasındakı sərhəddə qoşunların təmas xəttində gərginlik davam edir. Belə ki, martın 2-də gecə saatlarında intensiv atışmalar nəticəsində hər iki tərəfdən itkilər olduğu bildirilir. ISPR-in məlumatına görə, iki mülki şəxs də həlak olub, yaralanan bir neçə dinc sakin isə Kotli qəsəbəsindəki xəstəxanaya çatdırılıb.

Xudaferin.eu

16:55