Hindistanın şimalında avtobus dayanacağında partlayış baş verib

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.

Xudaferin.eu NDTV telekanalına istinadla xəbər verir ki, insident martın 7-də Cammu şəhərində qeydə alınıb. Partlayıcı qurğu avtobusun altında yerləşdirilib. Partlayış nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların hamısının yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir.

Hazırda polis hadisənin baş verdiyi rayonu mühafizə altına alıb və insidentlə bağlı təhqiqata başlayıb.

Xudaferin.eu

13:57