Hindistanda 13 nəfəri ildırım vuraraq öldürüb

Hindistanda 13 nəfər ildırımvurma nəticəsində həlak olub, 25-dən çox insan yaralanıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə Hindistan KİV-də məlumat yayılıb.

Məlumata görə, hadisə vaxtı qurbanların çoxu əkin sahəsində çalışıb.

Zərərçəkənlərdən azı ikisinin ağır vəziyyətdə olduğu bildirilir.

Xudaferin.eu

11:07