Hikmət Hacıyev: İşğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları şəhidlərimiz darmadağın etdilər

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status-kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Xudaferin.eu

10:34