Heydər Bayat: İranda türkcə yazarların oxucuları ilə paylaşdığı müştərək sahələr azdır

 

Heydər Bayat Güney Azərbaycanda Türkcə yazanlar və oxuyanların paylaşdıqları müştərək sahələrin məhdud olduğunu vurğulayır. Qum şəhərindən Amerikanın Səsi” radiosuna danışan ədəbiyyatçı Güney Azərbaycanda Türk dilində əsərləri yayımlanan şairlər və yazarlar ilə oxucular arasındakı əlaqəni dəyərləndirib.

Heydər Bayatın fikrincə, yazar və oxucu arasında düzgün bir əlaqə qurula bilməsi üçün ikisinin paylaşdığı müştərək mühit və sahələrin mövcud olması şərtdir. “Yazarla oxucu arasında əlaqə çox önəmli məsələdir. Amma bu necə gerçəkləşə bilər, yazar və oxucunun üzbəüz danışması ilə, yoxsa başqa yollarla? Məncə, ortaq sahələr və mühitlər yazar ilə oxucunun bir-birini tanımasına səbəb ola bilər. Yəni yazar ilə oxucu ikisi də bir mühitdə yaşayır, bir mühitdə nəfəs alırlar... Belə bir şəraitdə deyə bilərik ki, yazar və oxucu biri-birini tanıyır və yazar yazdığı zaman oxucusunu da nəzərə alır,” deyə o söyləyir. Müştərək dil və kültür habelə müştərək təhsil sistemi və mediaya; yazar oxucuları ilə əlaqə qurduğu mühitlər bunlardır. Amma, Güney Azərbaycana gəldikdə bizim sadəcə bir şey varımızdır. Şifahı dilimiz, kültürümüz və ənənələrimizdir bizimlə oxucularımızın çoxunun arasında bağ quran tək gücümüzdür.

Qum şəhərində yaşayan Türk yazar hazırda Güney Azərbaycanda türkcə bədii əsərlərin yazarları ilə oxucuları arasında belə bir əlaqəni təmin edəcək imkanların mövcud olmadığını deyir: “İndi peşəkar ədəbiyyat sahəsində dərgi olsa da yazar-oxucu arasındakı əlaqəni təmin edə bilmir.”

Heydər Bayat deyir, “yazarın yazdığı, yazar ilə oxucunun arasındakı müştərək dil və kültür, habelə müştərək təhsil sistemi və [izlədikləri] mediaya dayanır. Yazar oxucuları ilə əlaqə qurduğu mühitlər bunlardır. Amma İran Azərbaycanına gəldikdə bizim sadəcə bir şey varımızdır. Şifahi dilimiz, kültürümüz və ənənələrimizdir bizimlə oxucularımızın çoxunun arasında bağ quran.”

Bayat bu mövzuda Məhəmməd Hüseyn Şəhriyarın məşhur Heydərbaba əsərini bir istisna hesab edir: “Bu baxımdan bizdə yalnız və yalnız Şəhriyar Heydərbaba əsərində [müştərək şifahi dil, kültür və ənənələrimizdən] düzgün istifadə edərək bir çox insanla əlaqə qura bildi.”

Amma o bu günün şərtlərində artıq sözünü etdiyi “şifahi dil və kültür” təməlində bədii əsərlər yaratmağın mümkün olmadığını deyir: “Təbii ki, toplumun və yazarların səviyyəsi inkişaf etdikcə, mövzular dəyişib xırdaldıqca və insanlar dəyişdikcə artıq biz o müştərək ənənələr və xalq arasında danışılan müştərək dilə dayana bilməyəcəyik,” deyə o ifadə edir.

Bayat bu kontekstdə İranda fars ədəbiyatı üçün təmin olunmuş zəmin və mühitin türk ədəbiyatı üçün mövcud olmadığını önə çəkir. İndi Təbriz kimi şəhərlərdə etibarlı kitab evləri bizim türkcə kitablarımızı gətirmirlər, ya Təbrizin kafelərində türkcə kitab çox az görərsən.

“İranda farsca yazan bir yazar “Kehyan”, “Şərq”, ya da “Bahar” qəzetini oxuyur. Bu yazar hər bir qəzeti oxusa, hər bir düşüncə və cərəyanı izləsə, ya misal üçün [kinorejissorlar] Əsgər Fərhadi, ya da Məsud Dehnəməkinin filimlərini bəyənsə, o növ oxuculara da yazır. Yəni bir “Keyhan”çı yazar “Keyhan”çı oxucuya, “Şərqçi” “Şərqçi”yə yazır. Bizdə hələ belə ayrıntılar və fərqliliklər yoxdur,” deyə yazar bəyan edir.

Heydər Bayat Güney Azəraycanda Türkcə əsərlərin müxtəlif şəhərlərə göndərilməsi və satışı ilə bağlı mövcud olan problemlərə diqqət çəkir. “İndi Təbriz kimi şəhərlərdə etibarlı kitab evləri bizim türkcə kitablarımızı gətirmirlər, ya Təbrizin kafelərində türkcə kitab çox az görərsən,” deyə o bildirir.

Amerikaninsesi.org

09:51