Hesabata görə su mənbəyi qəsdən bombalanaraq müharibə cinayəti işlənib

 

BMT Bəşər Əsəd rejiminə məxsus qırıcıların dekabr ayında Suriyanın paytaxtı Dəməşqin Barada vadisindəki Ayn əl-Fica su mənbəyini “qəsdən” bombalayaraq müharibə cinayəti işlədiyini elan edib.

BMT Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının 21 iyul-28 fevral tarixlərində Suriyadakı insan hüquqları pozuntularına dair iddialar ətrafındakı istintaqları əhatə edən hesabatı BMT-nin Cenevrə ofisində davam edən İnsan Haqları Şurasının növbəti iclasında təqdim edilib. Hesabat komissiyanın Suriyaya dair istintaq çərçivəsində 326 nəfərlə keçiriyi görüşlər, bütün tərəflərin atdığı addımların tədqiq edilməsi və işlənən insan haqları pozuntuları ilə müharibə cinayətlərinə əsaslandırılaraq hazırlanıb.

Hesabata əsasən, rejimə məxsus qırıcılar dekabr ayında Ayn əl-Fica su mənbəyini “qəsdən” bombalayaraq Dəməşdə 5 milyon 500 min insanın susuz qalmasına səbəb olub.  Komissiyanın araşdırmasına görə, Dəməşqin ana su mənbəyinə verilən zərərə “ən az iki hava hücumu” səbəb olub.

Rejim qüvvələrinin hava hücumlarından əvvəl dinc əhalinin hər hansı su problemi yaşadığına dair məlumat olmadığı qeyd edilən hesabatda bu hücumların “müharibə cinayəti” olduğu vurğulanıb.

Qeyd edək ki, Suriyada rejim qüvvələri dekabrın 27-də Dəməşqin Barada vadisindəki Ayn əl-Fica su mənbəyinə hücum ederək ordakı nasos və su anbarlarına zerər vermişdi. Hücumdan sonra suyu kəsilən paytaxt Dəməşqin su ehtiyacı tankərlərlə danışaraq təmin edilmişdi.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

07:09