“Hədəf: bahar” fotosərgisində Azərbaycan təbiətinin gözəllikləri sərgisi

 

Azərbaycan Milli İncəsənət Muzeyində “Hədəf: bahar” mənzərə fotosərgisi açılıb. Fotosərgi Azərbaycan təbiətinin gözəlliklərinə, bölgələrimizin landşaft müxtəlifliyinə həsr olunub.

Sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, məqsəd Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir. Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlkin Kəngərli, Emil Qazi və Denis Sveçnikovun Azərbaycan baharının ən gözəl anlarını əks etdirən fotoşəkilləri nümayiş olunur. Məhz bu layihə üçün fotoqraflar Azərbaycan baharının ən gözəl anlarını əks etdirmək məqsədilə regionlara üz tutublar. Sərgi iyunun 2–dək davam edəcək.

Xudaferin.eu

09:22