Həbs və sürgün olunan milli fəallara dəstək kampaniyası böyüyür

 

İran mollakratiya rejiminin “İslam İnqilabı Məhkəmələri”nin 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum etdiyi Güney Azərbaycan Milli Hərəkatının 5 nəfər üzvünün Türk dilinə Ana Yasa qanunları çərçivəsində tutuqlanmasına qarşı etiraz əlaməti olaraq, onların hüquq və azadlıqlarının müdafiəçisi üçün sosial şəbəkələrdə dəstək kampanıyası başladılıb.

Son vaxtlar Tehran vilayəti Baharistan şəhər “İslam İnqilabı Məhkəməsi” daha əvvəl “Dünya Ana Dili Günü” tədbirləri ilə bağlı nəzarət altına alınmış 5 Türk Dil Haqları fəalı Əlirza Fərşi, Əkbər Azad, Siyamək Mirzayi, Behnam Şeyxi və Həmid Mənafini 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin Türk əhalisinin yaşamadığı bölgələrdə sürgündə yaşamaq cəzasına məhkum edib.

Dəstək kampaniyasına qısa müddətdə İran Azərbaycanı və Tehrandan bir çox sosial media istifadəçisi qatılıb.

“Telegram” sosial şəbəkəsi istifadəçilərindən bir qrup “Güney Azərbaycan Milli Hərəkatı fəallarına qarşı ədalətsiz hökmlərə mədəni etiraz kampaniyası” başladaraq müxtəlif vilayətlərdə yaşayan istifadəçiləri şəkillərinə göndərərək kampaniyaya qatılmağa çağırıblar. Tehran və Güney Azərbaycanın bir sıra bölgələrindən olan istifadəçilər ağır həbs və sürgün cəzalarına məhkum olunan fəalların azadlığını tələb edən posterlər ilə bərabər çəkdikləri şəkillərini həmin məqsəd üçün açılmış Telegram kanallarında yayımlayırlar. Bununla yanaşı, xaricdə məcbur olaraq fəaliyyət göstərən “GünAz TV”, “Araz News”, “Xudaferin.eu” kimi internet portallarının məlumatına görə, keçən günlərdə başladılan kampaniyaya qısa müddətdə müxtəlif şəhərlərdən bir çox sosial media istifadəçisi qatılıb. Yayılan məlumatda kampaniyanın sürətlə genişləndiyinə diqqət çəkilir.

Xudaferin.eu

06:06