Həbs olunan Eldar Həsənovu müxalifətlə nə bağlayır? - Ağ Partiyanın sədri Tural Abbaslı "Canlı debat"da danışır

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun şübhəli şəxs qismində tutulması, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi cəmiyyətdə onunla bağlı ciddi müzakirələr yaradıb. Mötəbər mənbələr iddia edir ki, bu həbsin arxasında Serbiyanın Ermənistana silah-sursat satışında Eldar Həsənov faktoru dayanır. Eyni zamanda səfirin Azərbaycan müxalifəti ilə əlaqələri, mühacirətdəki fəallarla münasibətləri ciddi suallar doğurur.

Hazırda E. Həsənovu ciddi-cəhdlə müdafiə edən bəzi müxalifət liderlərinin bu taktikalarının arxasında nə gizlənir?

Saat 12:00-da başlanacaq verilişin qonağı Ağ Partiyanın sədri Tural Abbaslı olacaq. O, sadalanan suallara aydınlıq gətirməklə yanaşı, ölkə gündəmini təhlil edəcək. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

xudaferin.eu
 

12:03