Hamlet Xanızadəni anım törəni keçirildi

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirildi. Anım törəninində   görkəmli aktyor Hamlet Xanızadənin Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışıldı, sənət dostları onunla bağlı xatirələrini bölüşüldü, sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olundu. Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, Hamlet Bəbir oğlu Xanızadə  5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. O, 1982-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub. Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə yaddaqalan obrazlar,  yaradıb. Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

Xudaferin.eu

09:45