Haaqa Məhkəməsi qarşısında Güney Azərbaycana dəstək aksiyası

Uluslararası Məhkəməsi qarşısında Güney Azərbaycandan olan siyasi məhbuslara dəstək aksiyası keçirilib. Avropa ölkələrində yaşayan və fəaliyyət göstərən Güney Azərbaycan Milli Hərəkatının fəalları Hollandiyada Uluslararası Haaqa Məhkəməsinin binası qarşısında “Güney Azərbaycan siyasi məhbuslara dəstək” aksiyası keçiriblər. Aksiyada Güney Azərbaycan Milli Hərəkatının fəallarının İran məhkəmələrində ədalətsiz hökmlərlə üzləşdiyi, məhkəmə orqanları rəhbərliyinin Təbriz zindanında aclıq aksiyası keçirməkdə olan Rəsul Rəzəvi, Murtaza Muradpur və Hüseyn Əliməhəmmədinin durumuna laqeyd qalması və onların işgəncə edilməsinə etiraz ediliblər. Ağır hava şəraitində keçirilən etiraz aksiyasında, iştirakçılar beynəlxalq insan haqları qurumlarını ən sadə hüquqlarını tələb etdiklərinə görə azadlıqdan məhrum edilən fəallara dəstək verməyə çağırıblar.

Mitinq zamanı aksiyaçılar tərəfindən ingilis dilində bildiri oxunub, tanınmış azərbaycanlı hüquqşünas və insan haqları fəalı Nağı Mahmudi isə çıxış edərək İranda azərbaycanlı siyasi məhbusların durumundan danışıb.
Aksiya güneyli hüquqşünas və insan haqları fəalları Nağı Mahmudi və Ümid Mehdianın təşəbbüsü ilə Avropa ölkələrində yaşayan fəalların dəstəyi ilə həyata keçirilib.

Xudaferin.eu

 

11:14