Gürcüstanda 20 partiyanı dövlət maliyyələşdirəcək

Gürcüstanda dövlət büdcəsindən maliyyə ayrılacaq partiyaların sayı 11-dən 20-yə çatıb.  Mərkəzi Seçki Komissiyasının sədro Tamar Jvaniyanın əmri ilə illik maliyyə yardımı alacaq partiyalar bunlardır:

“Mühafizəkarlar partiyasl” – 236 572 lari,
“Sənayeçilər” – 536 572,
Respublika partiyası – 236,
“Milli forum” – 236 572,
Xristian-mühafizəkar partiyası – 598 698,
“Gürcü arzusu” – 2 082 238,
“Azad demokratlar” – 512 196,
Leyboristlər partiyası – 472 812,
“Vahid milli hərəkat” – 1 122 526,
“Avropa Gürcüstanı” – 895 726,
“Demokratik hərəkat – vahid Gürcüstan” – 241 625,
“Birləşmiş demokratik hərəkat” – 997 037,
“Gürcüstan vətənpərvərləri alyansı” – 744 008,
“Gürcü ənənəvi millətçiləri ittifaqı” – 87 024,
“Azad Gürcüstan” - 87 024,
“Azadlıq – Zviad Qamsaxurdiya yolu” – 87 024,
“Gürcüstan güc strukturlarının və vətənpərvərlərinin siyasi birliyi” – 87 024,
“Yeni xristian-demokratlar” - 87 024,
“Xalq üçün dövlət” hərəkatı – 195 511,
“Yeni Gürcüstan” – 195 511.
Qeyd edək ki, ümumilikdə partiyalar 9 739 296 lari alacaqlar. Bununla yanaşı, siyasi partiyaların maliyyələşdirilməsində onların yerli bələdiyyələrdə nə qədər sayda təmsil olunmaları və eləcə də parlamentdə tutduqları mövqelər də ümumi dərəcədə hesablanır. Bununla yanaşı, rəsmi qeydiyyatı olan digər siyasi partiyalar da büdcədən müəyyən vəsaitlə maliyyə dəstəyi alırlar. İstənilən siyasi partiyanın parlament və hökumət qarşısında təkliflərlə və proqramlarla çıxış etmək hüququ vardır. Ötən il bir sıra siyasi partiyalar yerli bələdiyyələrdə və parlamentdə təmsil olunmmasına baxmayaraq, onların verdikləri bir sıra təkliflər rəsmi şəkildə qəbul olunubdur.

Xudaferin.eu

14:55