Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan bölməsi yaradılacaq

 

Gürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində Azərbaycan bölməsi yaradılacaq. Bunu Gürcüstan qurumun sədri Boqatır Arabuli deyib.
 

O, bölmənin yaradılmasının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğində mühüm rol oynayacağını və bununla əlaqədar qarşı tərəfə məlumat verdiyini bildirib. B. Arabuli Qafqaz xalqları arasında mədəniyyət festivalının keçirilməsini də təklif edib: “Bu gün Qafqaz xalqları arasında qəsdən düşünülmüş münaqişələr var. Bundan bizim xalqlarımız əziyyət çəkir. Buna son qoyulmalıdır. Bunun üçün də mədəniyyət festivallarının təşkili olduqca vacibdir”. B.Arabuli ilk belə bir tədbirin Gürcüstanda keçirilməsi ilə bağlı ölkənin baş nazirinin mədəniyyət məsələləri üzrə müşavirinə müraciət olunduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan üzrə nümayəndəliyi vardır. Ancaq, neçə illərdir AYB bu qurumla bağlı hər hansı bir ciddi addımlar atmayıb. Belə ki, Tiflisdə azından nümayəndəliyin daimi ofisinin saxlanılması üçün, kirayə xərclərinin ödənilməsi və digər dəstəklər olunmamışdır. Faktiki olaraq, AYB-nin Gürcüstan nümayəndəliyinin rəhbərliyi sözdə müdafiə olunmuşlar. Qurumun başqanı tanınmış şair Rafiq Hümmət neçə illərdir yaxın dostlarının və bəzi yurdsevər soydaşlarımızın yaxından verdikləri dəstəyin sayəsində təşkilatı yaşadır. Gürcüstanda ana dilində yazıb-yaradan bütün şairlərimizin, yazıçılarımızın və aşıqlarımızın əsərlərinin işıq üzü görməsində çox böyük əmək sərf etmişdir. Durum bu gün də beləcə davam edir. “ürcüstan Yazıçılar Birliyi”nin nəzdində “Azərbaycan Ədəbiyyatı sektoru”nun yaradılması həm də gürcü hökumətinin bu prosesə ciddi yanaşması deməkdir. Ən azından Gürcüstan hökumətinin sayəsində bu ölkədə yaşayan və yazıb-yaradan soydaşlarımızın da dəstəklənməsi anlamına gəlir.

Xudaferin.eu

Gürcüstan, “Tiflis Bürosu”

 

09:26