Gürcüstan şirkəti Azərbaycana investisiya qoyacaq

Cənubi Qafqazın ən iri quşçuluq şirkətlərindən olan “Çirina” Azərbaycana investisiya qoymağı planlaşdırır.

Xudaferin.eu Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu haqda şirkətin direktoru Revaz Vaşakidze bəyanat səsləndirib.

R.Vaşakidzenin sözlərinə görə, hazırda Azərbaycanın üç şirkəti ilə danışıqlar aparılır. “Çirina”nın 2020-ci ildə Azərbaycan bazarına daxil olacağı gözlənilir.

“Çirina” şirkəti – Cənubi Qafqazın ən iri quşçuluq kompleksidir. Kompleksin fəaliyyəti tam olaraq müasir Avropa texnologiyalarına əsaslanır.

Xudaferin.eu

16:02