Gürcüstan prezidenti ölkə konstitusiyasının yeni layihəsini tənqid etdi

 

Layihəyə əsasən, prezidenti seçicilər yox, xüsisi seçki hüququ olan şəxslər seçəcək

Georgi Marqvelaşvili yeni layihəyə görə prezidenti vətəndaşların yox, 300 xüsusi səs hüquq olan seçicinin müəyyənləşdirəcəyindən narazıdır.

"Təəssüf ki, ölkə prezidentini xalqın seçməsi kimi variantı nəzərə alınmayıb. İkincisi, belə yolla seçilmiş prezidentin 2013-cü ildən qalan hüquqları da olmayacaq. Ən dəhşətlisi isə odur ki, ölkə faktiki olaraq ali baş komandansız qalacaq", - G.Marqvelaşvili bildirib.

Dövlət başçısı yeni layihədə bəyəndiyi məqamı da açıqlayıb. O, parlament seçkilərində majoritar sistemin ləğv edilməsini müsbət addım kimi dəyərləndirib. Eyni zamanda prezident bu məsələdə heç bir müəyyənliyin olmadığını vurğulayıb.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

06:26