Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Gürcüstanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xudaferin.eu-nun məlumatına görə, bu posta Zurab Pataradze təyinat alıb.

Qeyd edək ki, Z.Pataradze 2016-2018-ci illərdə Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı olub. O həmçinin müxtəlif vaxtlarda ölkəsinin Türkiyə və Qazaxıstanda səfiri olub. 

23:11