Gürcü mətbuatı: “Sergey Lavrov (Kələntəryan) Tifis ermənisidir”

Düz 11 il öncə yanvarın 20-də Gürcüstanda prezident Mixail Saakaşvilinin ikinci inauqurasiyası keçirilib. Həmin mərasimdə Rusiyanı 2004-cü il martın 9-dan bu günə qədər RF-nin xarici işlər naziri vəzifəsini icra edən Sergey Lavrov təmsil edirmiş. Lavrovun kimliyi barədə araşdırma da “Corcian Tayms” (“Georgian Times”) qəzetində həmin ərəfədə (28.01.2008 tarixində) dərc olunub.

Sergey Lavrovun erməni-Tbilisi kökləri

Rusiyanın xarici işlər naziri Avlaberdə, Ararat küçəsində böyüyüb və əsl soyadı Kələntərovdur. Yanvarın 20-də, prezident Mixail Saakaşvilinin ikinci inauqurasiyası zamanı Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov təmsil edirdi. Bu məqasimə bir neçə gün qalmış “Georgian Times” redaksiyasına Lavrovun bioqrafiyası ilə bağlı maraqlı bir detal bəlli olub. Yəqin ki, Gürcüstanda çoxları Rusiya xarici işlər nazirinin Tifisdə doğulduğundan və onun əsl soyadının Lavrov olmadığından xəbərsizdirlər: “Adlı-sanlı rusun” erməni mənşəyi ilə bağlı əvvəllər də materiallar dərc eləmişdik, lakin o vaxt onun əsl soyadını öyrənə bilməmişdik. Bundan savayı, Lavrovun Tbilisidə doğulduğu barədə əlimizdə sübut yox idi. Onun indiyə qədər rəsmi şəkildə dərc edilmiş heç bir bioqrafiyasında Rusiya xarici işlər naziri Sergey Lavrovun harada doğulduğu yazılmır, yalnız doğum tarixi – 1950-ci il qeyd olunur. Məktəbdə təhsil aldığı illər buraxılıb, əvəzində 1972-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirdiyi qeyd olunub”.
“Etibarlı mənbənin bizə verdiyi məlumata görə, Sergey Lavrov Tifisdə, Ararat (ermənilər Ağrı dağını “Ararat” adlandırırlar – red.) küçəsində doğulub. Guya əsl soyadı Lavrentyan imiş. Keçmiş 93, indiki 84 saylı məktəbdə oxuyurmuş. Lakin nə qədər cəhd göstərsək də, 93 saylı məktəbdə Lavrov izinə rast gələ bilmədik. Ararat küçəsində də heç kim, burada haçansa “Lavrovlar ailəsi”nin yaşadığını bilmirdi. Bununla belə, “Georgian Times” həmin etibarlı mənbənin köməyi ilə kiçik Sergeyin ailəsi ilə birlikdə yaşadığı evi tapa bildi. Həmin mənbə aydınlaşdırdı ki, Lavrov – onu böyütmüş atalığının soyadıdır.
Detalların dəqiqləşdirilməsi üçün  Tiflisdəki erməni diasporunun liderlərindən olan Van Bayburt ilə əlaqə saxladıq. Onun yardımı ilə Sergey Lavrovun uşaqlığını keçirdiyi evin həqiqətən də Ararat küçəsində yerləşdiyini dəqiqləşdirdik. 93 saylı məktəbdə isə o, oxumayıb – çünki valideynləri Moskvaya köçəndə, hələ məktəbə getmirmiş. “Gürcüstan Erməniləri İttifaqı” təşkilatının sədri Van Bayburtdan Lavrov barədə başqa maraqlı detallar da öyrəndik. Onun əsl soyadının Lavrentyan yox, Kələntərov olduğunu da bizə o söylədi.
Van Bayburt: “Sergey Lavrovun əsl soyadının Kələntərov olduğunu bilirəm. 2005-ci il fevralın 17-də o, İrəvan Slavyan Universitetində olanda tələbələr erməni mənşəyinin ona mane olub-olmadığını soruşmuşdular. O isə cavabında demişdi: “Köklərim Tbilisidəndir – atam oralı olub, damarlarımdan ancaq xalis erməni qanı axır. Bu qan heç nədə mənə maneə olmur”. Bu cavabı ilə Sergey Lavrov xalis erməni olduğunu etiraf edib. Tbilisidə, “Vrastan” qəzetinin redaksiyasına onun atasının əmioğlusu, yaşı 80-i keçmiş çox yaşlı adam gəlmişdi. O zaman Lavrov Nyu-Yorkda, Rusiyanın BMT-dəki nümayəndəsi işləyirdi. Biz onun haqqında Rem Davıdovun hazırlayacağı materialı dərc eləmək istəyirdik. Qonağımız, Lavrovun qohumu dedi ki, onun atasının valideynləri – Kələntərovlar çox varlı olublar, babası Kələntərov isə Tbilisi Dumasının üzvü olub. Bu dəfə, Lavrov inauqurasiyaya gələndə həmkarım Mamuka Qaçeçiladze ilə birlikdə Ararat küçəsindəki evlərini Sergey Lavrova göstərmək istədik. Amma onun qrafikinin sıxlığı üzündən bunu etmək mümkün olmadı”.

Hurriyyet.org

21:54