“Günlərdən şeir” layihəsinin növbəti tədbiri olub

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Günlərdən şeir” layihəsinin beşinci tədbiri keçirilib.

Layihənin növbəti qonağı Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri, şair Əkbər Qoşalı və şair İbrahim İlyaslı olub. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, layihə çərçivəsində növbəti şeir günlərinin keçiriləcəyini vurğulayıb. Sonra şairlər Əkbər Qoşalı və İbrahim İlyaslı öz şeirlərini səsləndirib, oxucuların suallarını cavablandırıblar. Həmçinin şair Araz Əhmədoğlu “Bura Azərbaycandır” və aprel şəhidlərimizə həsr olunan “Ölümsüzlüyün yolu” şeirlərini oxuyub. Sonda şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib.

Xudaferin.eu

23:08