Günlərdir Dağıstanda Azərbaycan sürücülərinə qarşı edilən zülmlər

 

Zirehli texnika azərbaycanlı sürücülərə hücum edənlərin düşərgəsindən çəkildi: Abdulatipovun gəlişi gözlənilir. Rusiya Qvardiyasının zirehli texnikası və canlı qüvvəsi Dağıstanda günlərdir tətil edən və o cümlədən Azərbaycandan Rusiyaya yükdaşımaları əngəlləyən uzaq yol sürücülərinin düşərgəsindən geri çəkilib.

Ötən gün sürücülərin Dərbənd şəhərinin yaxınlığındakı Manas kəndindəki düşərgənin yaxınlığında ancaq bir neçə hərbçi qalmışdı, lakin sürücülər Rostov-Bakı federal trasından ağırtonnajlı yük maşınlarının keçməsini əngəlləməkdə davam edirlər. Hələ də yüzlərlə maşın, o cümlədən Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-lar yollarda hərəkətsiz qalıb. Onların bir çoxunun yükləri artıq sıradan çıxıb.
Xatırladaq ki, dağıstanlı TIR sürücüləri "Platon" şirkətinin federal yollardan istifadəyə görə yük maşınlarından yığıdığı haqqı 25 faiz artırmaq qərarına etiraz olaraq tətilə çıxıb. Eyni zamanda onlar Dağıstan üzərindən yük daşıyan başqa sürücüləri də əngəlləyib. Xəbər verildiyi kimi dağıstanlı sürücülər tərəfindən onların tələbinə tabe olmayıb maşınları saxlamaqdan imtina edən azərbaycanlı sürücülərə hücum olub, onların maşınlarından biri yandırılıb.

"Novaya qazeta" xəbər verir ki, "dalnoboyşiklərdən" bir neçəsini daşlarla və "Molotov kokteyli" ilə saxlayıblar. "Rosqvardiya"isə sürücülərin aksiyasına müdaxilə haqda xəbərləri şərh etmir. Sürücülərin düşərgəsin Dağıstan parlamentinin bir qrup üzvü baş çəkib. Onlara bildirilib ki, Dağıstan rəhbəri Ramazan Abdulatipovun aksiyaçılarla görüşəcəyi gözlənilir. Xatırladaq ki, "Platon"a etiraz olaraq Rusiyanın qalan regionlarında da sürücülər tətil edib. Bu, son illərin Rusiyanı bürümüş ən irimiqyaslı tətil aksiyasıdır.

Hurriyyet.org 

06:29