Güneyli-Quzeyli Azərbaycan Türkləri Oğuz bayramını birgə qutladı

 

İran mollakratiya rejminin bütün cəhdlərinə baxmayaraq, Oğuz (Bahar) bayramında yenə də Güneyli soydaşlarımız Quzey Azərbaycana üz tutdular.

 

Hər il olduğu kimi bu il də minlərlə soydaşımız Baharı Bayramını İranın əmr etdiyi kimi Ermənistanda deyil, öz vətənlərində, Quzey Azərbaycanda qarşılamağı üstün tutdular.

Vətənin Güney tayından Quzey tayına üz tutan soydaşlarımız qardaşları tərəfindən böyük sevinclə qarşılandılar.

Quzey Azərbaycanın başkəndi Bakıda düzənlənən Bahar şənliklərində Quzeyli-Güneyli soydaşlarımız birgə deyib-gülüb əyləndilər.

Xatirladaq ki, İran mollakratiya rejmi Bahar Bayramında Güneyli soydaşlarımızın Quzey Azərbaycan və Türkiyəyə deyil, işğalçı Ermənistana getmələri üçün bütün gərəkən şəraiti yaratmasına və buna insanları məcbur etməsinə baxmayaraq, soydaşlarımız Oğuz Bayramını Quzey Azərbaycan və Türkiyədə keçirməyə üstünlük verdilər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

05:52