Güneyli milli fəalın həbsxanada aclıq aksiyasının 10-cu gün

 

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Həbib Sasanian apardığı aclıq erirazının 10-cü günündə onun sağlıq durumu pisləşib

İran mollakratiya rejiminin 13 ay öncə qondarma ittihamlarla tutuqladığı və “silahlı təşkilat yaratma və casusluq suçlaması” ilə Güney Azərbaycanın Ərdəbil vilayətində rejimin ən qəddar cəza aparatı olan “Ettelat” qüvvələri tərəfindən tutulan milli fəal Həbib Sasanianın sağlıq durumu pisləşib. 13 aydan çoxdur naməlum və asılı vəziyyətdə zindanda saxlanılmasına etiraz olaraq yenidən aclıq eyləmini başladan Həbib Sasanian eyləmin 10-cü günündə bayılma kimi təhlükəli duruma düşübdür. Buna görə də, onu  zindanın sağlıq ocağı bölümünə aparmağa məcbur olublar.

Həbib Sasanian 2017 ci ilin iyunun 12-dən bəri öz aclıq etirazini sürdürür. O, Tərbizin mərkəzi zindanından öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq eyləminə başladığını bildirib. 2017ci ilin İyunun 16-da, Həbib Sasanianın azadlığa buraxılması üçün “Twitter Fırtınası”adlı internet kampaniyası keçirilib. Güney Azərbaycan Milli Hərəkatının fəalları  “Twitter Fırtınası” üçün böyük bir aksiya keçiriblər.  

Bir ildir qiyabi hökmlə zindanda və Ettelatda işgəncə altında saxlanılan 43 yaşlı milli fəalın sağlıq durumunun heç yaxşı olmadığı xəbəri dəfələrcə yayılıb. Sağlıq durumu son bir neçə ayda dəfələrlə pisləşsə də, onunla eyni cəzaevində saxlanılan digər məhbuslar onun yardımına gələrək milli fəalın həyatını qurtarmışdılar. Həbib Sasanian qanunsuz olaraq tutuqlu kimi saxlandığına etiraz olaraq bu il aprelin 3-də ilk aclıq aksiyasına başlamışdı. Həbib Sasanian 2016-cı il mayın 15-də 5 digər milli fəalla birlikdə Ərdəbildə tutulub və ardından mollakratiya rejimi qiyabi olaraq məhkəmə iclası keçirərək “Quzey Azərtbaycan dövlətinə casusluq” və “GAMO (Güney Azərbaycan Milli Ordusu) adlı qanunsuz qrup yaratmaq kimi yalan ittihamlarla həbs edib. Milli fəalları bir neçə gün bu yalan iftiralardan sonra mühakiməsiz şəkildə Ettelat idarəsinin təqdimatı ilə Tərbizdəki mərkəzi zindanına köçürmüşlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:23