Güney Türkmənistanda mədən faciəsi: 35 ölü

 

İran mollakratiya rejiminin işğalında olan Güney Türkmənistanın Gülüstan əyalətinə bağlı Azərşəhr bölgəsində Yurt kömür mədənində baş verən partlayış nəticəsində 35 mədənçinin həyatını itirib.

Bu ağır faciənin baş verməsinə baxmayaraq, İran mollakratiya rejimi bölgəyə adi təhlükəsizlik qüvvələrini belə gətirməmişdir. Bu barədə sadəcə mollakratiya rejiminin İş və İctimai təhlükəsizlik naziri Əli Rəbi mətbuata verdiyi açıqlamada dağıntılar altında qalan bütün mədənçilərin öldüyünü bildirib.

Ən son xəbərlərə görə, 35 mədənçidən 21-nin cəsədi artıq partlayış yerindən çıxarılıb.

Dağıntılar altında qalan digər mədənçilərin cəsədlərinin axtarışı davam edir. Azərşəhr bölgəsindəki kömür mədənləri demək olar ki, texniki təhlükəsizlik baxımından heç bir standarta cavab vermir. Ona görə də burada çalışan sıravi işçilər hər gün ölümlə üz-üzə qalırlar. Bununla yanaşı, kömür biznesindən əldə olunan gəlilər çox böyük miqdarda olsa da, mollakratiya rejiminin Türkmən işçilərinə veridyi aylıq maaş onların sadəcə çörəkpuluna zorla çatır.

Xudaferin.eu
Güney Azərbaycan, “Xorasan Bürosu”

 

 

09:57