Güney Türkmənistan Türkmənləri Ruhaniyə hücum etdi

 

3 may-2017-ci il tarixdə İran mollakratiya rejiminin işğalında olan Güney Türkmənistanın Türkmənsəhra ( Gülüstan) Vilayətinin Azadşəhr şəhərindəki kömür mədənlərində baş verən faciədən beş gün sonra rejiminin sözdə prezidenti Həsən Ruhani bölgəni ziyarət adı ilə Azadşəhrə gəlib. Olaydan 4 gün sonra, yəni mayın 7-də bölgəyə gələn Həsən Ruhani Türkmənlərin və qurban gedən mədənçilərin ailələrinin tərəfindən hücumuna məruz qalıb. Bütün bunlar azmış kimi, “Qış yurt” daş kömür mədənində çalışan işçilər prezidentin olduğu maşına hücum ediblər.

Türkmənlərin hücumuna məruz qalan Həsən Ruhani qorxuya düşərək maşını ilə birlikdə  olay yerini tələsik tərk edib qaçıb.
Qeyd edək ki, mayın 3-də Güney Türkmənistan “Qış yurt” mədənində baş verən partlayış zamanı 40 nəfərdən çox Türkmən işçisi ölübdür. Əldə etdiyimiz bilgilərə görə hələ də bir çox mədənçilər torpaq altında quylanmış vəziyyətdə canlarını qurtara bilməyiblər. Bölgədəki kömür mədənlərində bir parça çörəyə möhtac qalan əhalinin durumu daha da ağırlaşıbdır. İran mollakratiya rejimi isə həmin mədənlərin sayəsində ildə milyardlarla dollar para qazanır.

Xudaferin.eu
“Xorasan Bürosu”

09:31