Güney Korenin eks prezidentinin dindirilməsi 14 saat çəkib

 

Güney Kore prokurorluğu martın 21-də ölkənin sabiq prezidenti Pak Kın Xenin dindirilməsini başa çatdırıb. Reuters agentliyinin məlumatına görə, dindirilmə prosesi 14 saat çəkib.

Pak Kın Xe ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edib. Prokurorluğa dindirilmə üçün gələn sabiq prezident istintaqın bütün suallarına düzgün cavablandıracağına söz verib. Xatırladaq ki, ötən il Güney Kore parlamenti Pak Kın Xeni korrupsiyada və hakimiyyətdən sui-istifadədə təqsirləndirərək onun impiçmentinə səs vermişdi. Ölkə qanunlarına əsasən, Konstitusiya Məhkəməsinin bununla bağlı qərar qəbul etdiyi vaxtdan sonrakı 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

11:23