Güney Azərbaycanın təbii sərvətləri adına ildə 80 milyard dollar talanır

Mollakratiya rejiminin ən çox talan etdiyi Güney Azərbaycanın qızıl mədənləridir

1925-ci ildən 1978-ci ilə kimi pəhləvilər diktaturası, 1978-ci ildən bu yana 28 ildir İran mollakratiya rejimi Güney Azərbaycanın qızıl mədənlərini istismar etməklə, bölgəni dünyanın ən ağır sosial problem şərtləri içində yaşamağa məcbur etmək taktikasını irəli sürmüşlər. Ona görə də, İran adlı ölkədə demokratiya uğrunda hər hansı bir təşəbbüsü belə dəhşətli işgəncələr, həbslər və terrorlarla qarşılanır. Güney Azərbaycanda 1925-ci ildən üzü bu yana Tehran rejimləri tərəfindən idarə olunan aclıq, səfalət, yoxsulluq və digər sosial şərtlər dözülməz bir həddədir. Dünyada ən çox qızıl yataqları potensialına malik olan Güney Azərbaycanda istismar olunan qızıl yataqlarının bu günə kimi bölgə əhalisinə heç bir xeyri olmamışdır. Mütəxəssislərin də qeyd etdiklərinə görə, Güney Azərbaycandakı qızıl yataqlarının ehtiyatı bütün Orta Doğunun qızıl yataqlarından 35 dəfə artıqdır. O da bəllidir ki, Güney Azərbaycanın qızıl yataqlarının istismarı talançılıq siyasəti sayəsində idarə olunur. Tikantəpə (farslaşdırılmış adı Tikab) bölgəsindəki qızıl yataqlarının miqyası Qafqaz, Anadolu, İraq, Suriya, Pakistan daxil bu ölkələrdəki qızıl ehtiyatlarından 24 dəfə çoxdur. Bölgənin “Zrehşuran” qızıl mədənlərində təkcə ildə 3600 kiloqram qızıl külçə və 1200 kiloqram təmiz gümüş əldə olunur. Tikantəpənin Ağdərə  qızıl yataqlarından ildə 2.2 topn qızıl istehsal olunur. Güney Azərbaycanın Sarıdaş (farslaşdırılmış adı Sərdəşt), Piranşəhr, Makı, Salmas, Sayınqala və başqa bölgələrdəki qızıl və gümüş yatqlarının miqyası da çox böyükdür. O da bəllidir ki, təkcə Tikantəpə bölgəsinin qızıl yataqlarının ehtiyatı 7 milyon tondan çoxdur. Tehran mollakratiya rejiminin rəsmi şəkildə etiraf etdiyinə görə, Güney Azərbaycanın qızıl mədənlərindən ildə 100 ton qızıl və gümüş çıxarılır.
Qeyd edək ki, Güney Azərbaycanın qızıl və gümüş yataqlarının istismarı siyasətində “dövlət ehtiyacları” adı altında böyük ərazilər özəl olaraq çevrəyə alınmışdır. Əhalinin yoxsulluq həddinin ən aşağı olduğu bölgələr də məhz qızıl və gümüş mədənlərinin yerləşdiyi məkanlardır. 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:50