Güney Azərbaycanda son seçkilərdə durum yenidən qarışıb

 

 

Güney Azərbaycanın Ərdəbil şəhərində 10 nəfər, Tehranda 100 nəfər ,Təbrizdə 5 nəfər seçki saxtakarlıqlarına etiraz edən Güney Azərbaycan Milli Hərəkatının fəallarından fars-mollakratiya  rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

“Xudaferin.eu” saytına daxil olan çoxsaylı məlumatlarda bildirilir ki, İran mollakratiya rejiminə prezident seçkiləri ərəfəsində səsvermələr pulla ələ alınıb. Bunun da əsas səbəbi kimi, ölkədə əhalinin böyük əksəriyyətinin yoxsulluq həddindən də aşağı bir durumda olması göstərilir. Buna görə də seçicilər pul qarşılığında səslərini satıblar.

Prezident və Şəhər Şuralarına seçkilərlə bağlı Güney Azərbaycanın başkəndi Tərbiz  demək olar ki, çalxalanmaqdadır. Güney Azərbaycan Milli Hərəkatının fəalları Həsən Ruhaninin yandaşlarına etiraz əlaməti olaraq eyləmlərə başlayıblar. Milli fəallar şəhərin bütün meydanlarında milli şüarlar səsləndiriblər. Buna görə də mollakratiya rejiminin xüsusi silahlı cəza dəstələri şəhərə yeridilibdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

13:16