Güney Azərbaycanda qadın milli fəala 5 il həbs verildi

 

Güney Azərbaycanın Qəzvin şəhərindən olan Güney Azərbaycan Milli Hərəkatının fəalı Süheyla Kargər 5 illik həbs cəzasına məhkum edilib. İran mollakratiya rejiminin Qəzvin “İslam İnqilab Məhkəməsi”nin sədri Zoqinin sədrliyi ilə keçirilən məhkəmə iclasında xanım milli fəal “ölkə təhlükəsizliyini pozan qrupa üzv olmaq”da günahlandırılaraq 5 il müddətinə həbs cəzası alıb.  

Milli fəala 5 illik həbs cəzasının çıxmasının səbəbi, onun 3 il bundan öncə “Telegram” sosial şəbəkəsində qrup yaratmaq və orada Güney Azərbaycanın milli məsələlərini müzakirə etmək olub. İran mollakratiya rejimi Süheyla xanımın bu hərəkətini “bölücülük” və “pantürkizm” kimi qiymətləndirərək ona 5 il həbs cəzası kəsib.

Qeyd edək ki, bu, milli fəalın ilk həbs cəzası deyil. Bundan öncə də Süheyla xanım milli fəalliyyətlərinə görə, 15 may 2016-cı ildə Qəzvində İran mollakratiya rejminin polisləri tərəfindən tutuqlanmış, Tehrandakı ən qorxulu və dəhşət saçan Evin zindanına salınaraq 19 gün qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdı. Süheyla Kargərə qarşı İran mollakratiya rejiminin bunca qəddar münasibətini əngəlləmək üçün insan haqları təşkilatları və eləcə də Güney Azərbaycan Milli Hərəkatı onun hüquqlarını qorumaq adı ilə açıq şəkildə hərəkətə keçmişlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Qəzvin Bürosu”

 

05:53