Güney Azərbaycanda mollkratiya rejiminin həbsləri davam edir

Milli Hırəkatın fəallarından daha biri məhkəməyə çağrıldı

Güney Azərbaycan Milli Hərəkatının Ərdəbil bölgəsindəki fəallarından olan Əsgər Əkbərzadə Qaradağ vilayətinin Əhər şəhərindəki mollakratiya rejiminin təhdid və dəhşət saçan “İngilab Məhkəməsi”nə çağrılıb. Milli fəala gələn çağrışda bildirilir ki, o aprel ayının 12-də məhkəmədə olmalıdır.

Onu qeyd edək ki, Əsgər Əkbərzadə hələ 2014-cü ildə Ana Dili Günü nədən olaraq  Əhər şəhərində milli fəalların yürüşü zamanı tutuqlanan yüz milli fəaldan biridir. Son həftələr içində mollakrat rejmi Güney Azərbaycanda Milli Hərəkatının bütün fəallarını  saxta məhkəmələrlə onları qorxu və təhdid altında sxlamaq taktikasını seçib. Ona görə də keçmiş “dəftərləri” açıb-tökməkdədir. Milli fəalları, eləcə də bütün Güney Azərbaycan boyunca güclənməkdə olan milli düşüncə tərəfdarlarını qorxutmaq üçün qondarma və saxta məhkəmə oyunlarını gündəmə gətiribdir. Əhalini ya həbs etməklə, ya da külli miqdarda para cəzası ilə qorxutmaq hədəfini sərgiləyən rejim Milli Hərəkatı tamamilə susdurmağa ümid edir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”  

09:03