Güney Azərbaycanda mollakratiya rejiminin rəzaləti

 

Xoy şəhərində həbsdə olan vətəndaşın əlinin kəsilməsinə hökm verilib

 

Güney Azərbaycan Milli Hərəkatı və eləcə də bölgədəki hüquq müdafiəçilərinin verdiyi açıqlamaya görə, İran mollakratiya rejiminin mənafeyini müdafiə edən Ali Məhkəmənin qərarı ilə “oğurluqda təqsirli” biliənən və buna görə də mühakimə edilmiş, hazırda Xoy şəhərindəki zindanda həbsdə olan Mustafa Şahi adlı vətəndaşın əlinin kəsilməsi həyata keçirilib.

Güney Azərbaycan Milli Hərəkatı və İnsan Haqları Təşkilatının yaydığı xəbərə görə,  Urmu şəhər Ümumi Məhkəməsi hələ 2015 ilinin iyun ayında 2014 ilində həbs edilmiş Mustafa Şahinin əlinin kəsilməsinə hökm vermişdi. Hökm bu yaxınlarda mollakratiya rejiminin Ali Məhkəməsinin 32-ci şöbəsi tərəfindən gerçəkləşşdirilib.
Onu da qeyd edək ki, şəriət hökmləri adı altında mollakratiya rejimi insanları qorxu və təhdid altında saxlamaq üçün daim ortaçağ qanunlarına uyğun belə hökmlər verir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

11:28