Güney Azərbaycanda milli fəallara qarşı edamlar

Güney Azərbaycanın Urmu şəhərində İran mollakratiya rejiminin inqilab məhkəməsində 102-ci bölümün hakimi C.Çöhrəqani  “Güney Azərbaycan Milli Hərəkatı”nın 6 nəfər milli fəalına hökm oxuyub. Mollakratiya rejimi  qondarma ittihamlara əsasən qurduğu məhkəmədə Süməyyə Əlidust ,Vahid Nəsibi, Vahid Faezpur, Murtaza Zərrini, Qulam Qulizadə və Meysəm Azadiyə hər birinə 8 ay, toplam 48 ay həbsə məhküm edib. Onu da qeyd edək ki, 36 nəfər “Güney Azərbaycan Milli Hərəkarı”nın fəalları olaraq 2013-cü il iyun ayının 27-də Uluslararası “İşgəncəyə qarşı” günü münasibətiilə  Səhənd dağına gedərkən mollakratiya rejiminin xüsusi cəza dəstəsinin (İran kəşfiyyatı və təhlükəsizlik  nazirliyi -Ettelaat ) qüvvələri tərəfindən tutulmuşlar. Həmin milli fəalların arasında adları çəkilən 6 nəfər milli fəal günlərlə davam edən işgəncələrə məruz qalmışlar. Daha sonra isə, onları mülki qaydada cərimə ödətmək qarşılığında müvvəqəti şəkildə həbsdən azad etmişlər. Ancaq, 2016-cı il dekabrın 7-də həmin məhkəməyə çıxaırla milli fəallar “İran rejiminin əleyhinə təbliğ” kimi qondarma ittihamları rəd etmişdilər və məhkəmə 2017 ci ilin 1 fevralına ertələnmişdi.

İran mollakratiya rejimi dünyada baş verən qlobal siyasi dəyişiklikləri, özəlliklə də ABŞ-dakı son prezident seçkilərinin hədəflərini nəzərə alaraq, artıq daha sərt şəkildə addım atmağı hədəf seçmişdir. Beləliklə də “xalqlar həbsxanası”na çevrilmiş mollakratiya rejimi hər bir xalqın özgürlüyü uçun milli mücadilə aparan fəallara qarşı sərt davranışlar nümayiş etdirir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu” 

09:12