Güney Azərbaycanda məhkəməyə çağrılan milli fəallar etiraz etdi

 

Ötən ay “Ana Dili” günün ilə bağlı Güney Azərbaycanın başkəndi Təbrizdə yerləşən İran mollakratiya rejimnin məhkəməsinə çağrılan Güney Azərbaycan Milli Hərəkatının fəalları dünən çağrış vərəqəsinə görə məhkəməyə gediblər.

Güney Azərbaycanın Muğan bölgəsindəki Əhər şəhərindəki məhkəməyə gedən milli fəallar bunlardır: Abbas Lisani, İsrafil Fətullazadə, Əsgər Əkbərzadə, Beytulla Bərzigər, Meysəm Colani, Əkbər Əbulzadə, İbrahim Nuri, Murtaza Məhəmmədi, Şapur Nüsrətpur və Vahid Faizpur.

Adını çəkdiyimiz Güney Azərbaycan Milli Hərəkatının bu milli fəalları Əhər şəhərində hakim Nəzərinin qəbulunda olublar. Nəzəri soydaşlarımıza onların məhkəmələrinin Əhərdə deyil, Təbriz “İslam İnqilabı Məhkəməsi”nin 3-cü şöbəsində keçiriləcəyini deyib.

Milli fəallar isə buna etiraz ediblər. Onlar ölkə Ana Yasasının 10, 11, 12 maddələrini göstərərək qanunla tutuqlandıqları şəhərdə məhkəmə qarşısına çıxarılmalı olduqlarını vurğulayıblar.

Hakim Nəzəri milli fəalların bu etirazını qəbul etməyib və artıq onların dosyalarının Təbrizə göndərildiyini bildirib. Belə olan halda milli fəallar öz aralarında Türk dilində Təbriz məhkəməsinə getməyəcəkləri ilə bağlı bir bəyannamə yazaraq, Əhər məhkəməsinə təqdim ediblər. Əhər məhkəməsinə gələn milli fəalların ola biləcək hər hansı bir eyləminin qarşısını almaq üçün rejm məhkəmənin qarşısına xüsusi təyinatlı qüvvələrindən ibarət takım gətirib.

Qeyd edək ki, son bir ayda Güney Azərbaycanın bütün bölgələrində, hətta mollakratiya rejiminin çox güclü olduğu Tehranda belə, Güney Azərbaycan Milli Hərəkatının fəalları üçün onların hüquq və azadlıqlarının qorunması yönündə ciddi addımlar atılmaqdadır. Artıq rejimin hər hansı basqılarından çəkinməyən insanlar milli fəallara gərəkən yardım və dəstəklərini verirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

05:50