Güney Azərbaycanda kütləvi etiraz

Tutuqlananlar və yaralananlar var

İyunun 15-də Güney Azərbaycan əyalətində qızıl çıxaran Ağdərə şirkətinin etiraz aksiyası keçirən işçilərinə qarşı İran mollakratiya rejiminin xüsusi cəza dəstələri silahlı bir şəkildə amansızcasına qəddarlıq nümayiş etdirib.

Etiraz aksiyasının keçirildiyi şaxta Güney Azərbaycanın Urmu vilayətinin Tikab şəhərinin Taxte-Süleyman rayonu ərazisinə aiddir. İşçilər bildiriblər ki, onların etirazı dinc xarakter daşıyıb, amma mollakratiya rejiminin xüsusi cəza dəstələri silahlı şəkildə qəddarlıq nümayiş ediblər.

Mollakratiya rejiminin qəddarlıqla aksiya iştirakçılarına qaşrı hücumları nəticəsində bir neçə qadın ciddi xəsarət alıb və huşunu itirib, on nəfər nümayişçi isə həbs olunub. Öz hüquqları çərçivəsində etiraz edənlərin sözlərinə görə, onların yeganə tələbi şaxtaya işə qayıtmaq olub: "Yerli sakinlər tam yoxsulluq şəraitində yaşayırlar, amma bu azmış kimi, şaxtanı idarə edən rəsmilər indi yerli əhalinin əvəzinə xaricdən gələnləri işə götürürlər. Bu da təbii olaraq, burada illər uzunudur çalışan insanların qəzəbinə səbəb olub. O zaman bəs bizlər harada və necə işləyək?”
Qeyd edək ki, Güney Azərbaycanın mədənlərindən çıxarılan  qızıl, mis, alüminum,  digər əlvan metallar külçə və ya torpaq şəklində İranın farslara məxsus bölglərinə daşınıaraq İsfəhan, Şiraz, Tehran, Mazəndaran şəhərlərindəki fabriklərdə emal olunur. Beləliklə də ən çox qazanan tərəf farslara məxsus iri şəhərlər və fabriklərdir. Güney Azərbaycana isə sadəcə “xammal parası” ödənilir. Belə bir siyasət Rza və Məhəmməd Pəhləvilər dönəmində olduğu kimi, 37 ildir mollakratiya rejimi tərəfindən davam etdirilir. Başqa bir yandan isə, Tikab şəhərinin və onun ətrafının kürd tayfları ilə doldurulması siyasəti də Güney Azərbaycana qarşı gizli hədəflərin bir parçasıdır. Dəhşət saçan mənzərə budur ki, bir yandan Güney Azərbaycanın Batı bölgələrində ekoloji problemlər yaradılır, o biri yandan yerli Türk əhalisini məcburi şəkildə miqrasiyaya məcbur edirlər, o biri yandan da təbii sərvətlərinin talanı davam edir. Etiraz səsini ucaldanlara qarşı isə hərbiləşşdirilmiş xüsusi cəza dəstələri göndərilir.
Bu gün Tikab şəhəri Güney Azərbaycanın, özəlliklə də Urmu bölgəsinin ən həssas və strateji məntəqəsi hesab olunur. Buranın əhalisi xarakter baxımından mədəni və sakit görünüşlü olsalar da, etiraz səsini ucaltmağı da yaxşı bacarırlar. Ona görə də bölgəyə kürdlərin yerləşdirilməsi və onların yerli hakimiyyətdə daha çox nümayəndə ilə təmsil olunması siyasəti yürüdülür. Bir yandan da yerli təbii zənginliklərin ciddi şəkildə istismarı siyasəti gücləndirilibdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”  

09:16